29 Mart 2018 17:19
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökuməti diplomatlarını ölkədən çıxaran dövlətlərə qarşı adekvat tədbirlər görəcək.

APA-nın məlumatına görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, yaxın vaxtlarda rəsmi Moskva addımlar atacaq: "Bu əks tədbirlər yox, adekvat tədbirlər olacaq. Sürprizi qabaqcadan açıqlamaq olmaz. Yaxın vaxtlarda hamı Rusiyanın addımını görəcək"

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripalın Solsberidə zəhərlənməsindən sonra Britaniya Rusiyanın 23 diplomatını ölkədən çıxarıb. Martın 25-də isə Britaniya iıə həmrəylik nümayiş etdirən ABŞ, Avropa Birliyi ölkələri və bəzi digər dövlətlər ümumilikdə 140-dan çox Rusiya diplomatını "arzuolunmaz şəxs" elan ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər