ABŞ hökuməti sabah Rusiyaya yeni sanksiyalar tətbiq edəcək. Bununla bağlı ABŞ hökumətinin nümayəndələrindən biri məlumat verib.
Teleqraf.com xəbər verir ki, bu sanksiyalar siyahısına Rusiya Prezidenti Vladimir Putin ilə yaxın əlaqəsi olan oliqarxların adları daxil ediləcək.
İlkin məlumatlara görə, siyahıda 6 nəfərin adı var. Ancaq onların şəxsiyyəti hələlik açıqlanmır. Siyahı Trampın yeni təhlükəsizlik üzrə müşaviri Con Bolton tərəfindən hazırlanıb.