7 Aprel 2018 15:42
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidə missiyası Azərbaycanda Prezident seçkilərini müşahidə etmək üçün aprelin 8-də Bakıda olacaq.

Beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğız Respublikasından olan deputatlardan ibarətdir.

Bundan əlavə, beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın Beynəlxalq Monitorinq İnstitutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də keçiriləcək Azərbaycan Prezidenti seçkiləri müşahidə etmək üçün Bakı şəhərində və ölkənin bölgələrində olacaqlar.

Həmçinin beynəlxalq müşahidəçilərin Azərbaycan Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər