9 Aprel 2018 10:55
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 7-8-də Respublikaçı Alternativ Hərəkatın (REAL) partiyaya çevrilməsi məqsədilə qurultayı keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Natiq Cəfərli məlumat verib.

Oi bildirib ki, iki gün ərzində onlar internet üzərindən onlayn qurultay keçirib:

“Yer problemi olduğundan biz onlayn qurultay keçirdik. Bu Azərbaycanda ilk hadisədir. Qurultay normal keçdi, bir sıra məsələlər müzakirə olundu, canlı səsvermə keçirildi”.

Natiq Cəfərli qeyd edib ki, qurultayda Respublikaçı Alternativ Partiyasının sədr və Məclis üzvləri seçilib:

“Canlı səsvermədə 40 məclis üzvü seçildi, ancaq 61 nəfərin namizədliyi irəli sürülmüşdü. Bundan başqa, regional məclislərin sədrləri Məclisin üzvü hesab olunur. Hazırda məclisin 58 üzvü var”.

Cəfərli deyib ki, yeni partiyanın sədri İlqar Məmmədov seçilib:

“Biz təklif etdik ki, istənilən şəxs namizədliyini irəli sürə bilər. Ancaq sədr seçkiləri alternativsiz baş tutdu”.

Qeyd edək ki, bundan sonra Respublikaçı Alternativ Məclisi toplaşaraq partiyanın idarə heyətini və Məclis sədrini seçəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər