9 Aprel 2018 18:14
2 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş naziri Dmitri Medvedev müavinləri ilə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya Nazirlər Kabineti məlumat yayıb.

İclasın başlanğıcından maraqlı anlar yaşanıb. Baş nazirin müavini Dmitri Roqozinin özünə yer tapa bilməməsinə Medvedev zarafatla cavab verib:

“Kimin harda yerləşməsini unutmusuz? Rotasiya baş verdi?”

Medvedvin bu zarafatı Rusiyanın birinci prezidenti Boris Yetsinin 1999-cu il mayın 5-də keçirilən iclasda dediyi sözləri xatırladıb. Həmin vaxt hökumət nümayəndəsi Yevgeni Primakov ilə XİN rəhbəri Sergey Stepaşin yerlərini dəyişmişdi. Yeltsin “Düzgün oturmamısız” deyərək, onların yerini dəyişmişdi. Hadisədən bir həftə sonra Primakov işdən azad edilmişdi. Stepaşin isə onun vəzifəsinə təyin edilmişdi.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər