12 Aprel 2018 08:26
1 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada görüşdüyüm rəsmilərlə və ekspertlərlə fikir mübadiləsindən gəldiyim qənaətə görə, Türkiyə Suriyaya görə Qərb-Rusiya qarşıdurmasında çətin vəziyyətdə qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə hazırda Türkiyədə olan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Qərb-Rusiya qarşıdurması fonunda Türkiyənin düşdüyü vəziyyəti şərh edərkən deyib.

Siyasi şərhçinin fikrincə, Ankara bir tərəfdən Moskva və Tehranla üçlü format formalaşdıraraq əməkdaşlığı gücləndirib, o biri tərəfdən Moskva və Tehranın dəstək verdiyi Əsəd rejiminin insanlara qarşı kimyəvi silahdan istifadəsinə göz yuma bilməz: “Qərb də elə buna görə Əsədi cəzalandırmaq istəyir. Ankara da elə Qərbdən illərdir bunu gözləyirdi. Ancaq indi regional şərtlər Türkiyə üçün dəyişib. Ona görə də Ankara Suriya məsələsində Qərblə Rusiya arasında çətin seçimdə balansı pozmamağa çalışır. Ancaq bu balansı qorumaq getdikcə çətinləşir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər