12 Aprel 2018 17:50
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

BAXCP-nin tamhüquqlu üzv olduğu Avropa İslahatçıları və Mühafizəkarları Alyansının (ACRE) təmsilçiləri Qüdrət Həsənquliyevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarneçki, Avropa Parlamentinin Böyük Britaniyadan və Polşadan olan deputatları David Kampbell Bannerman və Kosma Tadeuş Zlotovski ilə BAXCP-nin mənzil-qərargahında baş tutan görüşdə ACRE ilə əməkdaşlığının gələcək perspektivləri, Alyansa üzv olan partiyalar arasında əməkdaşlığın daha da genişləndirilməsi, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində BAXCP-nin namizədi Qüdrət Həsənquliyevin iştirakı, irəli sürdüyü təşəbbüslər də digər məsələlər ətrafında geniş müzakirə aparılıb.

BAXCP sədri eyni zamanda qonaqları maraqlandıran bir sıra sualları da cavablandırıb.

Görüşdə Avropa Parlamenti vitse-spikerinin kabinetinin direktoru Beata Sobkieviç, BAXCP-nin baş katibi Yaşar Kələntərli, BAXCP sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı da iştirak ediblər.


Müəllif: Cavad

Oxşar xəbərlər