13 Aprel 2018 16:32
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Prezidenti Emoməli Rəhmon bu gün 5 ölkənin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, prezidentin qəbul etdiyi səfirlər arasında Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə də var.

E.Rəhmon diplomatları Düşənbədə missiyaya başlamaları münasibətilə təbrik edib, onların öz ölkələri ilə Taciksitan arasında əlaqələrin inkişafına xidmət edəcəklərinə əminliyini bildirib.

Tacikistan dövlətinin başçısı rəsmi Düşənbənin MDB ölkələri, Mərkəzi Asiya, ərəb dünyası, Avropa İttifaqı və Amerika dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

Qeyd edək ki, E.Rəhmon Azərbaycan səfirindən əlavə, Özbəkistan, Misir, Slovakiya və Kuba səfirini də qəbul edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər