27 Aprel 2018 14:53
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələri Azərbaycan xalqının siyasi iradəsini əks etdirir.

Teleqraf.com xəbər verir ki, bu fikri İstanbul valisinin müavini Nihat Nalbant Azərbaycanın bu şəhərdəki baş konsulu Məsim Hacıyevlə görüşündə səsləndirib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf vəziyyətindən məmnunluq ifadə olunub. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı nəsillərə örnəkdir.

N.Nalbant dövlət başçısı İlham Əliyevin yeni prezidentlik dönəmində ilk səfərini Türkiyəyə etməsinin qardaş ölkədə böyük sevinc və iftixarla qarşılandığını bildirib.

Baş konsul M. Hacıyev əminliklə bildirib ki, Türkiyə xalqı 24 iyun seçkilərində düzgün qərar verəcək, qardaş ölkənin daha sürətlə inkişaf etməsi üçün mövcud dinamikanın qorunmasını dəstəkləyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər