28 Aprel 2018 00:29
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub.

Teleqraf.com xəbər verir ki, o, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

Bu ilin aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək Mustafa Ceyhanın Türkiyəyə ekstradisiya edilməməsini istəyib.

Vəkillər də prokurorun vəsatətinin təmin edilməsini istəyiblər.

Məhkəmə M.Ceyhanın məhkəmə zalından azadlığa buraxılması barədə qərar qəbul edib. M.Ceyhan daha sonra saxlanılaraq Türkiyəyə təhvil verilib.


Müəllif: Ayxan

Oxşar xəbərlər