16 May 2018 21:20
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Kərimlinin səsləndirdiyi fikirlərə ciddi yanaşmağın özü maraqlı məsələdir.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Rəfail Becanov deyib.

Partiya yetkilisi qeyd edib ki, Əli Kərimli öz maraqları naminə bütün qeyri-ciddi tərəflərini açıq büruzə verə bilən adamdır:

“Bu adam nə qədər siyasətçi kimi görünsə də, nə qədər özünü siyasi xadim kimi göstərməyə çalışsa da o, nə ciddi siyasətlə məşğuldur, nə ciddi siyasətçi olub, nə də bundan sonra olacaq. Buna görə də, Əli Kərimlinin gah nala, gah da mıxa vuran açıqlamalar verməsi təbiidir. Əgər kimsə nə vaxtsa hansısa siyasi cameəyə işləyirdisə, sən niyə onu müdafiə edirdin? Demək ki, sənin özün həmin adamdan qabaq ora işləmisən. Hətta, onun özünü əlaltdan işləmək üçün onun yanına göndəriblər. Ümumiyyətlə, Əli Kərimli bir az maraqları tapdalanan kimi, istənilən adamı qurban verməyə hazırdır. Onun siyasi oriyentasiyası heç vaxt məlum olmayıb. İstənilən adamla, istənilən yerlə işləməyə hazırdır. Öz maraqları naminə Şeytanla belə sövdələşməyə gedər. O, elə bir adamdır ki, bu gün təriflədiyi Qərbi sabah pisləyə, Milli Şuranın əlehinə belə çıxa bilər. Əli Kərimli üçün şəxsi maraqları hər şeydən öndədir. Xalq Cəbhəsində rəhbər vəzifədə olarkən belə, öz şəxsi maraqlarından çıxış edib. Buna görə də, onun mənsub olduğu təşkilatda həmişə dağılmalar baş verib. Bu gün də onun acısını yaşayır. Ətrafında olan 5-6 adam da bir müddətdən sonra onu tərk edib gedəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu