17 May 2018 18:17
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə razıdır. İlkin mərhələdə 7 rayonun qaytarılması da, münaqişənin həlli istiqamətində atılmış ciddi addım ola bilər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Lakin politoloq hesab edir ki, hazırkı vəziyyətdə Ermənistandan həll istiqamətində ciddi addımın atılacağını gözləmək mümkün deyil:

“Düzdür, 7 rayonun qaytarılması məsələsi ara-sıra gündəmə gəlir, amma Nikol Paşinyanın Vladimir Putinlə görüşündə bu məsələ müzakirə edilməyib. Paşinyanın Qarababağ münaqişəsinin həllinə münasibəti kifayət qədər fərqlidir. Əgər Serj Sərkisyan hakimiyyəti həll prosesində Ermənistanı tərəf kimi göstərirdisə, Nikol Paşinyan Ermənistanın burada tərəf olmadığını deyir. Paşinyana qədərki bütün hakimiyyətlər Ermənistanın tərəf olduğunu qəbul ediblər. Paşinyan isə Qarabağdakı separatçı rejimi prosesdə tərəf kimi görmək istəyir. Hesab edirəm ki, yeni baş nazirin Qarabağla bağlı mövqeyi suallar doğurur. Hələlik o, radikaldır və ilk səfərini də Qarabağ etdi. Bu baxımdan, hesab etmirəm ki, Ermənistan tərəfindən yaxın zamanda həll istiqamətində ciddi addım atılacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu