17 May 18:28
549

Əslndə bu insanlar çoxdan ifşa olunublar.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycana qarşı fəaliyyət göstərən bir qrup şəxsin qrant davasına münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, mahiyyət etibarilə hər şeyin göz qabağında olduğunu deyib:

“Söhbət təkcə onların deqradasiyaya uğramalarından və Azərbaycan əleyhinə çıxış etmələrindən getmir. Bu, eyni zamanda bu düşərgədə hər hansı dəyərin qalmadığını sübuta yetirir. Həmçinin, sübut edir ki, bu insanları birləşdirən faktor onları idarə edən qüvvələrin maraqları və ayrılan qrantlardır. Bundan başqa hər hansı dəyərdən söhbət gedə bilməz”.

E.Mirzəbəyli əlavə edib ki, bu proses, bir sıra məsələlərin mahiyyətinə aydınlıq gətirir:

“Sübuta yetirildi ki, bu insanlar və onların bütün dəyərləri pozaraq, Azərbaycanın maraqlarına, ləyaqətli insanlarına qarşı savaş açan söyüş terminatorları nə üçün qəzəblidirlər. Bu qəzəbin mahiyyəti Azərbaycanda keçirilən prezident seçkilərinə söykənir. Seçkinin normal, dinc məcrada keçirilməsi onları təlimatlandıran, istiqamətləndirən və qrantla yemləyən dairələrin də planlarını ifşa etdi. Bugünki qrant davası və savaşın da mahiyyətində bu qəzəb, bu aqressiya hiss olunur. Azərbaycan cəmiyyətinə, dövlətinə qarşı olan aqressiyanı indi bir-birlərinə qarşı yönəldirlər. Necə ki, dövlətə qarşı olan o aqressiyanın mahiyyətində qrant, pul amili dayanırdısa, indi bir-birlərinə qarşı olan münasibətdə də bu aspektlər qabarıq şəkildə nəzərə çarpır”.

Qeyd edək ki, mayın 9-da Helsinki komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər işlədib. Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub. Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə özünü aşkar şəkildə biruzə verir, hətta təhqiramiz şəkil alıb.

ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Xədicə İsmayılın bir-birilərinə qarşılıqlı ittihamları diqqəti çəkir. Xədicə İsmayıl Sevinc Osmanqızının “Meydan TV”nin direktoru olmaq üçün mübarizə apardığını və buna görə oradan qovulduğunu, Rəsul Quliyevin vəsaiti ilə proqram hazırlamaq istədiyini bildirib. S.Osmanqızı isə öz növbəsində X.İsmayılqızını "xəstə" adlandırıb.


Müəllif: Səxavət
Загрузка...