18 May 2018 10:33
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycana səfərə gələcək.

Səfər zamanı A.Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi nəzərdə tutulur.

Bakıda iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Bundan əlavə, Serbiya prezidentinin Azərbaycan Dillər Universitetində Serbiya Mərkəzinin açılışında iştirak edəcəyi gözlənilir.

Səfər mayın 22-də başa çatacaq.


Müəllif: Mənbə/Report