18 May 2018 13:25
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın qərarı ilə bağlı məsələdə söhbət Səməd Seyidovdan deyil, Azəbaycandan gedir.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, AŞPA-da atılan addımlar Azərbaycana, ölkəmizin iqtisadi inkişafına qarşı atılan addımdır:
“Azərbaycanı gözü götüməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər. Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayə heyətlərimizin üzvləri birgə, planlı şəkildə fəaliyyət göstərməlidirlər. Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayanı ölkəmizin üzərinə yazmaq böhtandır. Biz bu istiqamətdə işimizi davam etirməli, ölkəmizin maraqlarını bütün çərivələrdə müdafiə etməliyik”.


Müəllif: Nemət Orucov