18 May 2018 14:35
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təhsil haqqında"qanun edilən dəyişiklik məktəbəqədər təhsilin 3 yox,1 yaşdan başlamasına imkan yaradacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili İsa Həbibəyli qanun layihəsi barədə Milli Məclisdə çıxışı zamanı deyib.

İ.Həbibbəyli bildirib ki, bu qanunun qəbulu valideynlərin işlərinə sərbəst şəkildə davam etməsinə imkan yaradacaq:
“Övladının 1 yaşdan məktəbəqədər təhsil müəssisəsinə getməsinə şərait yaradıldığından ailələr yeni övlad dünyaya gətirməyə maraqlı olacaqlar. Bu da ölkədə əhalinin say tərkibinin artmasına təsir göstərəcək. Bundan başqa, ölkəmizdə 1-5 yaşda uşaqların məktəbədqədər təhsilə qəbul könüllü, yalnız 5 yaşdan sonra məktəbəqədər təhsilə qəbul məcburidir. Bu, bütün dünyada belədir”.

Qanun layihəsi hazırda müzakirə edilir.


Müəllif: Nemət