1 İyun 2018 16:11
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev yazılara görə qonorar verilməməsindən şikayətlənib.

Teleqraf.com-un məlumatına görə, Vilayət Quliyev sosial şəbəkələrdə bəstəkar Üzeyir Hacıbəylinin 1919-cu ildə oktyabrdın 9-da qardaşı Ceyhun Hacıbəyliyə Parisə göndərdiyi məktubdan bir hissə paylaşıb.

“Dolanacaqda öylə bir sıxıntı çəkmirik. Ümum məvaciblər artıbdır. Məsələn, mən altı min məvacib alıram. Əlavə, məqalənin də sətri bir manatdır. Deməli, mən 7-8 min qazana bilirəm. Qəzetənin də işi pis deyildir. Bir növ dolandırırıq. Kabinəm üçün tazə mebel aldırdım və telefon gətirtdim. İnşallah, gələndə görərsən...”, - deyə məktubda qeyd edilir.

Vilayət Quliyev 25 ildir məqalə və yazılarını qonarar ödənilmədən yazdığını vurğulayıb: “Biz 25 ildir ki, məccani yazırıq (eybi yox, təki oxuyan olsun!). Amma Cümhuriyyətin mövcudluğunun ikinci ilində qələm əhli kəmali-ədəblə qonorarını alırmış. Belə-belə işlər...”

Qeyd edək ki, “məccani” əvəzində pul almadan, havayı mənasını verir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər