1 İyun 2018 18:17
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XİN rəhbərinin Pxenyana səfəri Moskvanın Koreya məsələsinin həllində vacib oyunçu olduğunu göstərmək üçündür. Bununla yanaşı Kreml növbəti dəfə beynəlxaql böhranın mərkəzindədir.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın “The İndependent” nəşri yazıb.

Səfər Rusiyanın xarici siyasətində ABŞ-a qarşı yönəlmiş kursa tamamilə cavab verir.

Rusiya və Şimali Koreyanın kifayət qədər dərin münasibətləri olmasına baxmayaraq, Kim Çen İn Moskvaya Pekinə güvəndiyi kimi etibar etmir. Öz növbəsində, Rusiya isə Cənubi Koreya və Yaponiyanın üzləşdiyi qədər güclü təhlükə hiss etmir.

Məqalə müəllifinin fikrincə, Rusiya bu cür məsələlərə onun maraqlarına cavab verəcəyi halda müdaxilə etməkdən heç vaxt qorxmayıb.

“The İndependent” qeyd edir ki, “Rusiya heç vaxt beynəlxalq arenaya təsir etmə gücünü göstərmək şansını qaçırmayacaq”, xüsusilə ABŞ-ın daxil olduğu böhranlara qarışmaqla. Buna misal kimi Rusiyanın Suriyaya müdaxiləsini də göstərmək olar.

Bununla belə Lavrovun səfəri ABŞ-a istənilən uzunmüddətli sazişdə Rusiya tərəfinin də razılığının nəzərə alınmasının vacibliyini xatırladıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər