Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.
Report xəbər verir ki, səfər iyunun 24-nə planlaşdırılır.
Səfərin proqramına Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər daxildir. Görüşlərdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.