Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün Fransaya gedib.
Teleqraf.com xəbər verir ki, Parisdə keçiriləcək komitələrin iclaslarında Suriyaya qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti, yeni texnoloji vasitələrdən miqrantların xeyrinə istifadənin əsasları, Avropada diaspora təşkilatlarının fəaliyyəti, uşaqlara qarşı zorakılıqla mübarizə və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Daha sonra Sahibə Qafarova Almaniyanın İqtisadi Əməkdaşlıq və Federal Nazirliyinin dəstəyi ilə “Cənubi Qafqazda Yerli özünüidarəetmə Proqramı” çərçivəsində təcrübə mübadiləsi toplantısında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.