8 İyun 2018 18:16
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkə arasında hökumətlərarası saziş imzalanıbsa, onların layihəni necə dayandıra biləcəklərini bilmirəm".

Bunu Teleqraf.com-a Atlantika Şurasının eksperti, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza İtaliyanın yeni hökumətinin Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə dair sazişi yenidən nəzərdən keçirmək niyyətində olmasıyla bağlı məlumatı şərh edərkən deyib.

O eyni zamanda bu addımın arxasında Rusiyanın təsirinin ola biləcəyini istisna etməyib və fikrini İtaliyanın yeni hökumətinin Rusiyaya daha çox meyl etməsilə əlaqələndiri: "İtaliyanın yeni hökumətinin məhz bu layihəni "hədəfə alması" qəribədir".

Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin "Report"a bildirib ki, bu məsələni araşdırmazdan əvvəl konkret sənədlərə baxmaq lazımdır: "Görünür, İtaliya hökuməti seçki kampaniyasına əsasən bəyanatlar verir. Təşkilatımıza gəlincə, biz konkret sənədlər və təkliflərlə işləyirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər