9 İyun 2018 12:55
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Avropa İttifaqı danışıqlar mərhələsindədir. Danışıqların hədəfi yeni tərəfdaşlıq və əməkdaşlıq sazişini imzalamaqdır.

Teleqraf.com xəbər verir ki, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev deyib.

Millət vəkili danışıqların nəticələrinin bu ilin sonu, gələn ilin əvvəlində hazır olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan dəyərlərin mübadiləsində maraqlıdır.

Cavanşir Feyziyev bildirib ki, Azərbaycan ikinci dəfə müstəilliyini qazananda qarşısında ciddi məsələlər dururdu, xüsusilə iqtisadi sahədə çağırışlar var idi. Onun sözlərinə görə, Azərbaycan son 10 il ərzində bir sıra regional layihələrin təşəbbüskarı və iştirakçısıdır.

Millət vəkili bu layihələr arasında Bakı-Tbilisi-Qars dəmir yolu və “Cənub qaz dəhlizi” layihələrini göstərib. Milli Məclisin üzvü biuldirib ki, “Cənub qaz layihəsi” çərçivəsində Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropaya çıxarılması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər