10 İyun 2018 18:53
6 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində 3 postu azad etməsi və Günnüt kəndini Ermənistan ordusunun nəzarətindən çıxarması İrəvanda şok effekti yaradıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan KİV Azərbaycan ordusunun erməni silahlı birləşmələrinin təxribatlarına verdiyi cavab rəsmi İrəvanı çıxılmaz vəziyyətə saldığını iddia edir.

Erməni mənbələr Günnüt kəndi və 3 yüksəkliyin itirilməsini “Paşinyan üçün pis başlanğıc” adlandırırlar. Qeyd edirlər ki, bir tərəfdən siyasi-iqtisadi islahatlar həyata keçirməyə çalışan yeni baş nazir digər yandan da Qarabağ cəbhəsində üstünlük qazanmağa cəhd edirdi:

“Paşinyanın keçmiş prezident Serj Sərkisyana qarşı başladığı qiyamın əvvəlində Qarabağ məsələsinə yönəlik seçdiyi ritorika onu pis vəziyyətdə qoydu. O, həmin vaxt Qarabağ məsələsini Azərbaycanın maraqlarına uyğun həll edə biləcək loyal siyasətçi kimi göstərdi. Lakin onun Levon Ter-Petrosyana xas görüntüsü o qədər də bəyənilmədi və buna görə fikir dəyişikliyinə getdi.

Baş nazir seçildikdən dərhal sonra Qarabağa səfər edərək, buradan Xankəndinin danışıqlar masasında üçüncü tərəf kimi iştirakı məsələsini gündəmə gətirdi. Digər yandan, oğlunu Qarabağa hərbi xidmətə göndərərək, Naxçıcan istiqamətində Azərbaycana qarşı təzyiqlər etməyə başladı. Bununla göstərməyə çalışırdı ki, lazım olacağı halda, Türkiyə və Azərbaycanın birgə nəzarət etdiyi Naxçıvana da ordu yeridə bilər. Amma Azərbaycan ordusu Türkiyənin yardımı olmadan bir neçə saatın içində 1 kəndi və 3 postu geri aldı. Bu vəziyyət onun lehinə deyil”.

Erməni mənbələr Nikol Paşinyanın işin məsuliyyətindən yayınmağa cəhd etdiyini yazırlar və iddia edirlər ki, o, bunu Serj Sərkisyanın Silahlı Qüvvələrdəki şəbəkəsi tərəfindən özünə qarşı təxribat kimi qələmə verməyə başlayıb:

“Paşinyan Naxçıvan məsələsindən sonra hərəkətə keçib və cəmiyyəti inandırmağa çalışır ki, bu gözlənilməz zərbə Sərkisyan tərəfindən vurulub. O, Serj Sərkisyan, yaxud, “Qarabağ klanı”nın Ermənistan ordusunun nəzarətində olan əraziləri Azərbaycana qaytaracağı ilə bağlı iddiasını ortaya atıb. Bununla o ehtimalı yaradır ki, “Qarabağ klanı” hakimiyyəti ələ keçirmək üçün bu vasitələrə əl atıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər