11 İyun 2018 19:26
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Günü münasibətilə RF Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubda dost Rusiyanın bu gün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı və modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələlərini uğurla həll etdiyi, onun beynəlxalq arenada fəal rol oynadığı qeyd olunur.

Təbrik məktubunda deyilir: “Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə səmərəli əməkdaşlığını və sıx qarşılıqlı fəaliyyətini əyani şəkildə əks etdirən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur”.

Prezident İlham Əliyev əminliklə vurğulayır ki, birgə səylər bundan sonra da ənənəvi sıx dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın və ölkələrimizin mənafeyi naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər