Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, rəsmi səfər iyunun 24-25-də baş tutacaq.
Rusiya nümayəndə heyətinin tərkibində Dağıstan parlamentinin sədri Xızrı Şıxsəidov da yer alacaq.
Səfər zamanı Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf məsələləri nəzərdən keçiriləcək.