20 İyun 2018 19:39
2 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniyanın paytaxtı Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 51-ci Baş Assambleyası keçirilir.

Ümumi müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Qaqik Minasyan ölkəsinin qonşu ölkələr tərəfindən izolyasiyaya alındığını və bu səbəbdən ölkəsinin normal inkişaf edə bilmədiyini söylədi.

Teleqraf.com xəbər verir ki, bunu baş assambleyada iştirak edən Milli Məclisin deputatı, Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə bildirib.

Deputat daha sonra deyib: “Ondan sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev cavab olaraq bildirdi ki, Azərbaycan torpaqlarının iyirmi faizi qonşu ölkə tərəfindən işğal edilib və əhalimizin 1,2 milyon nəfəri öz doğma torpağında məcburi köçkünə çevrilib. Əgər işğal olmasaydı təcrid də olmazdı və Azəbaycan daha yaxşı, region ölkələri isə normal inkişaf edərdi”.


Müəllif: Səxavət

Oxşar xəbərlər