22 İyun 2018 13:24
2 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov və BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq hüquq normaları kobud formada pozdular. Onların BMT-nin Dağlıq Qarabağa bağlı 4 qətnaməsinin müharibə dönəminə aid olduğunu bildirmələri Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Lavrovun bu açıqlaması Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilməlidir: “Minsk qrupunun həmsədri olan Rusiya açıq formada ali qurumun 4 qətnaməsini heçə sayır və Ermənistanın işğalçı ölkə olması faktını beynəlxalq hüquqdan çıxarmaq istəyir. Bu baxından, Lavrov bu açıqlaması təhlükəlidir, o, sanki Ermənistan prezidentinin Qarabağ üzrə köməkçisi kimi çıxış edir.

Hazırda BMT-nin Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi qüvvədədir.

Həmin qətnamələrə görə Azərbaycan öz ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır. Lavrovun da niyyəti budur ki, Azərbaycan danışıqlar masasında, yaxud qeyri-vaxtlarda bu qətnamələrə istinad etməsin. Görünən budur ki, Azərbaycan ordusunun Naxçıvanda strateji əraziləri azad etməsi Ermənistanla yanaşı, Rusiyanın baş diplomatını da narahat edir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Sergey Lavrov Qarabağ danışıqlarına zərbə vuran əsas qüvvələrdən biridir: “Hesab edirəm ki, Azərbaycan tərəfi buna görə də Lavrovun moderatorluğu ilə aparılan bütün danışıqlardan imtina etməlidir.

Ümumiyyətlə, Sergey Lavrov ölkəmiz üçün “arzuolunmaz şəxs” elan olunmalıdır. Bu şəxs Rusiyanın Xarici İşlər Nazirliyini “Anti-Azərbaycan mərkəzi”nə çevirib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər