İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmmədquliyev sədrliyi qəbul edəcək.