29 İyun 2018 08:42
2 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hadisələrini qızışdıran , idarə edən mərkəzlər var. Onlar çalışırlar ki, daxili prosesləri qızışdırıb ölkəni qarışdırsınlar. Bu prosesi Amerika təşkil edib. İranda daxili qüvvələr də bu fürsətdən istifadə edərək, növbəti dəfə rejimi sınağa çəkirlər.

Bu fikirləri Teleqraf.com-a İranda baş verən etiraz aksiyalarını şərh edən politoloq Rüstəm Məmmədov deyib.

Hüquq professoru əlavə edib ki, ABŞ və müttəfiqlərinin məqsədi İranı daxildən qarışdırmaq, stabilliyi pozmaq, vətəndaş müharibəsi salmaq, bu ölkəni Yəmənin gününə qoymaqdır: “Aydındır ki, İran daxilində narazı qüvvələr var, eləcə də daxili situasiya stabil deyil, vəziyyət çətindir. Bu baxımdan etirazlar üçün hər zaman bəhanə var. Ancaq unutmayaq ki, İran rejimi çox möhkəmdir və ona batmaq müşgül məsələdir. Güclü rejim var və bu istənilən daxili qüvvənin aksiyalarını yatırmağa qadirdir. İnsanları daha çox sosial tipli problemləri gündəmə gətirməklə meydana çıxarırlar. Bu da anlaşılandır. Çünki insanlar dolana bilmir, dolanışıq mənbəyi zəifdir. Əsas da insanların dolanışığıdır. Mən deyə bilmərəm ki, rejim insanları küçələrə çıxaran problem və nöqtələri həll etmək imkanındadır, amma dəqiq odur ki, hakimiyyət meydanlara çıxanların qarşısını almaq iqtidarındadır. Bu problemləri həll etmək çətindir”.

Rüstəm Məmmədov əlavə edib ki, indi İran rejiminə qarşı həm xarici, həm də daxili təzyiqlər var:
“Hər halda İran rejimi sıradan çıxmayacaq. Şübhəsiz ki, indi mitinqlərin olması elə qarşıdurmadır. Məncə, son anda bu proses qan tökülməklə yekunlaşmalıdır. Bu gözlənilən haldır. Nəzərə almaq lazımdır ki, indi İranın xarici siyasəti daha çox keçmiş SSRİ-nin xarici siyasətinə bənzəyir. Daxildə ixtişaş qalxan kimi onu amansızlıqla yatıraraq, öz işini görür. Nəzərə almaq lazımdır ki, xarici siyasətdə Rusiya və İran həmkardır. Eləcə də İran və Türkiyə arasında son illər yaxınlaşma olub. Bu ölkələrin hər birinin özünün xarici siyasət oriyentasiyası var. Bu isə Amerikanın maraqlarına uyğun gəlmədiyindən qarşıdurma yaradır”.

Professor əlavə edib ki, İrana qarşı təzyiq mexanizmi Tehranın Yaxın Şərqdə xarici siyasət kursunun dəyişməsinə səbəb olmayacaq:

“İstər-istəməz buna qarşı İran rejimi daha sərt olacaq. Bu təpkilərə qarşı ciddi dirənəcək. Rejim hələ dözür. İran Yaxın Şərqdə daha aktiv olmaq xəttini seçəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər