1 İyul 2018 17:30
1 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupuna üzv olan dövlətlərin Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satması doğru addım deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimyan deyib.

Erməni diplomat deyib ki, ATƏT-in bölgədə təhlükəsizliyin təmin edilməsi istiqamətindəki fəaliyyəti qənaətbəxş deyil:

“ATƏT-in Cənubi Qafqazda fəaliyyətinin azaldığını nəzərə alan Azərbaycan bu qurumun Bakıdakı ofisini bağladı. Azərbaycandan sonra Ermənistan da eyni addımı atdı. Mövcud vəziyyəti nəzərə alsaq, bu, doğru addım idi. Buna görə də ATƏT-in dönəm sədri bölgədə öz fəaliyyətini və ofisini genişləndirməlidir. Üstəgəl, atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmi işə salınmalıdır.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün Minsk qrupunda iştirak edən bütün tərəflər öz fəaliyyətlərini aktivləşdirməlidir. Hesab edirəm ki, buna görə də Minsk qrupu üzvləri münaqişə tərəflərini silahlandırmaq yarışından imtina etməlidirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər