1 İyul 2018 18:30
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ və ətraf 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev deyib.

D.Savelyev qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya bu münaqişənin həllində maraqlıdır: "Məhz Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna görə Ermənistan ölkəni dərin iqtisadi böhrana salan blokadadadır. Ancaq təəssüf ki, hələlik Ermənistan hakimiyyəti bunu başa düşmür".

Onun sözlərinə görə, Rusiya Ermənistan hökümətinin dəyişkən siyasətini görür və məyusdur. Eyni zamanda, Bakını isə Moskva etibarlı tərəfdaş kimi görür: "Biz Azərbaycanda yaxın tərəfdaş kimi əminik. Buna görə də biz milyardlarla dollarlır silah satırıq, çünki bilirik ki, bu silahlar Rusiyaya tərəf heç vaxt dönməyəcək və hər iki dövlətin mənafelərinə xidmət edəcək".

D.Savelyev Azərbaycanın Rusiya ilə bir çox region ölkəsi arasında vasitəçi olduğunu vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər