3 İyul 2018 11:05
1 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı politoloq Aleksandr Duqinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri qəbul etmirik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov deyib.

Şarmazanov Duqini “əxlaqsız” adlandırıb.

Erməni parlamentari açıq formada Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Azərbaycanın yox, Ermənistanın maraqlarını müdafiə etdiyini bildirib: “Rusiyalı deputatlar və politoloqların Azərbaycana səfəri o məna kəsb etmir ki, Rusiya Azərbaycanın maraqlarından çıxş edir. Bu, heç vaxt belə olmayıb”.

Eduard Şarmazanov Ermənistan hakimiyyəti və Qarabağdakı separatçılara da müraciət edib: “Ermənistan hakimiyyəti və Xankəndi, Azərbaycanın dəyirmanına su daşımayın”.

Qeyd edək ki, Aleksandr Duqin Bakıda olarkən 7 rayonun Azərbaycana qaytarılmalı olduğunu bildirərək, Ermənistanı münaqişənin dinc yolla həllinə çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər