Azərbaycan Müfafiə Nazirliyi iyunun 6-dək 20 minlik şəxsi heyətin iştirakı ilə ərazilərin işğaldan azad olunmasına hesablanan geniş miqyaslı hərbi təlimlər keçirəcək. Bu hərbi təlimlər Cənubi Qafqazda şəxsi heyətin və zirehli texnikanın iştirakı ilə keçirilən ən böyük təlimlərdir.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Ermənistan və Rusiyanın Azərbaycan bu təlimlərindən narahat olduğunu deyən politoloq qeyd edib ki, Cənubi Qaz Dəhlizinin və bunun əsas hissəsi olan TANAP-ın işə düşməsi, şimal qonşumuzu narahat etməyə bilməzdi: "Hesab edirəm ki, İtaliyada bu layihəyə qarşı başlayan aksiyaların təşkilatçısı da Rusiyadır. Bu baxımdan, Rusiyanın Azərbaycan daxilində də, təxribatlara əl atacağı gözləniləndir”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyanın siyasi-ictimai adamlarını ölkəmizə gətirilməsi, Cocuq Mərcanlıda konfrans düzənlənməsi və buradan verilən mesajlar Rusiyadakı erməni cəbhəsinə qarşı edilən həmlənin əsas tərkib hissəsidir:
“Baş verən son hadisələri nəzərə alsaq, regionumuzda hökm sürən situasiya dəyişə bilər. Hazırda Ermənistanla müharibə şəraitindəyik. Ermənistan üzərində hərbi-psixoloji üstünlüyümüzü, Naxçıvanda uğurlu Günnüt əməliyyatından işğalçı və havadarına qarşı istifadə etməliyik.
Azərbaycan xalqı daima dövlətçiliyini dəstəkləyib və istənilən situasiyada birlik nümayiş etdirib. Fürsətçilər və daxili problemlərə yol açanlar var və bundan sonra da olacaq. Bu həmlələrə qarşı birlik nümayiş etdirməliyik”.