10 İyul 2018 13:28
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır.

Teleqraf.com xəbər verir ki, bunu Argentinanın Ermənistandakı səfiri Qonazlo Urriolabetiya deyib.

Argentinalı diplomat hesab edir ki, münaqişənin birdəfəlik həlli üçün ən yaxşı variant diplomatik müzakirələrdir:

“Qarabağ məsələsinin sülh yolu ilə həlli bölgənin təhlükəsizliyi baxımından da əlverişlidir. Bunun üçün tərəflər səylərini artırmalıdırlar. Hesab edirəm ki, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş ATƏT-in Minsk qrupu ilə mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər