Azərbaycanın xarici işlər naziri ilə qarşıdakı görüşdə məqsəd danışıqlar prosesinin dinamikasını saxlamaqdan ibarətdir.
Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Zoqrab Mnasakanyan deyib.
Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün mümkünlüyü barədə suala erməni nazir “İlk növbədə sabahkı görüşü gözləyirik” cavabını verib.
Xatırladaq ki, sabah Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endrü Sxofer - ABŞ) vasitəçiliyi ilə Brüsseldə görüşü olacaq. Bu, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində nazirlər səviyyəsində ilk görüş hesab edilir.