İtaliya prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycana rəsmi səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.