19 İyul 2018 13:23
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşü Ağ Ev sahibinin başına bəla açdı. Tramp elə bilirdi ki, Şimali Koreya lideri ilə qazandığı uğuru Putinlə görüşdə təkrarlaya bilər və hamı ona əl çalacaq. Tərsi oldu.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ və Rusiya prezidentlərinin görüşünün nəticələri barədə danışarkən deyib.

Onun sözlərinə görə, Trampın Amerikadakı çoxsaylı əleydarları, konqresmenlər, siyasi ekspertlər və media bu görüşü Putinin triumfu kimi dəyərləndirir: “Amerikada Trampın qatı əleyhdarları Ağ Ev sahibinin Şimali Koreya diktatoru ilə razılaşmasına bir söz demədilər, həqiqətən uğur olduğunu anladılar, sadəcə susdular, Putinlə görüş və verilən açıqlamalar isə bütün qırmızı cizgilərin aşılması oldu. Ağ Ev sahibinə “Tramp ölkəsinin mövqelərini Putinlə yaxınlığa qurban verdi”, “Tramp Amerikanın məxfi xidmət strukturlarına deyil, Putinə inanır” və sair kimi epitetlər yapışdırdılar. İş o yerə çatıb ki, bəzi konqresmenlər prezidentlərin görüşündə Amerika tərəfindən tərcüməçilik edən xanım Marina Qrossu qapalı dinləməyə çağırmaq istəyir”.

Politoloq qeyd edib ki, bununla konqresmenlər Trampın Putinə qapalı danışıqda nələri vəd etdiyini müəyyənləşdirmək istəyirlər: “Nə günlərə və ya kimlərə qaldı Amerika”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər