20 İyul 2018 18:52
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün belçikalılara öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Müəllif: Teleqraf.com