Fransa Senatının Nümayəndələr Palatasının üzvü, deputat Fransua Roşblayn Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın icazəsi olmadan Qarabağa gələn fransalı parlamentari Xankəndində erməni separatçılarının lideri Bako Saakyanla görüşüb.
Görüşdə separatçı rejimlə Fransa hökuməti arasındakı münasibətlər müzakirə edilib.
Bako Saakyan dəstəyə görə Fransa hökumətinə təşəkkürünü bildirib. O, Fransanın Qarabağda yaşayan erməniləri həmişə diqqətdə saxladığını Fransua Roşblaynın diqqətinə çatdırıb.
Qonaq isə yardım və münasibətlərin bundan sonra da davam edəcəyini açıqlayıb.