21 İyul 2018 19:20
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rusiyanın və ölkənin ictimai təşkilatlarının fəal tərəfdaşıdır.

Bunu "Vestnik Kavkaza" agentliyinə Rusiya Xalqları Assambleyası ictimai təşkilatının 20 illiyinə həsr olunmuş Rusiya Xalqları Konqresi zamanı ölkənin millətlərarası münasibətlər üzrə Prezident Şurasının üzvü Vladimir Zorin deyib.

Şura üzvü bildirib: "Hesab edirəm ki, bu meydançada biz bundan sonra da konstruktiv qarşılıqlı fəaliyyət göstərəcəyik. Azərbaycan Avrasiya məkanında həm moderator, həm də Qafqaz regionunda dialoq üçün meydan rolunu oynayan, mühüm, tanınmış dövlətdir".

Zorinin sözlərinə görə, Azərbaycanın Avrasiya xalqlarının Assambleyasında iştirakı böyük perspektivə malikdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər