24 İyul 2018 19:07
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim Avropa Şurasında çalışdığım dövrdə Ermənistanın indiki xarici işlər naziri Zöhrab Mnatsakanyan da Ermənistanın Avropa Şurasında səfiri idi. Zöhrabı ordan tanıyıram. Brüsseldə üz-üzə gəldik. Onunla görüşük. O da məni Ermənistanın baş naziri ilə tanış etdi".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Brüsseldə NATO sammiti zamanı Nikol Paşinyanla danışması, onu təbrik etməsi qətiyyən Türkiyənin Azərbaycanla bağlı tutduğu mövqeyindən zərrəcə gedi çəkilməsi anlamına gələ bilməz:

“Zöhrabla, yaxud Paşinyanla salamlaşmağım bizim Azərbayacanla bağlı mövqeyimizi dəyişməz. Biz bu davada hər zaman Azərbaycanın yanındayıq, onun haqlı mübarizəsini dəstəkləyirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər