Ermənistanın hakim Respublika Partiyası keçmiş prezident Robert Köçəryanın həbs edilməsi ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, bəyanatda Köçəryanın həbsi pislənilib.
Keçmiş prezident Serj Sərkisyanın sədri olduğu partiya hesab edir ki, Robert Köçəryanın həbs edilməsi daxili ictimai-siyasi sabitliyi pozacaq:
“Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı açılmış cinayət işi Ermənistanda siyasi böhrana səbəb ola bilər. Belə əsassız ittihamlar ölkədə parçalanmaya səbəb ola bilər, bu, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən gərginlik fonunda daha təhlükəlidir.
Bu həm də Ermənistanın beynəlxalq nüfuzuna zərbə vuracaq”.
Sərkisyanın partiyası Köçəryanın həbsinin Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hakimiyyətin sifarişi olduğunu iddia edir və qeyd edir ki, mövcud hakimiyyət bununla Dağlıq Qarabağ münaqişəsində tərəf olan Azərbaycanın dəyirmanına su tökür.