30 İyul 2018 20:22
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda çox yüksək səviyyədə tolerantlıq mövcuddur. Bütün dinlərin, mədəniyyətlərin birgəyaşayışı təmin olunub və yüksək səviyyədə qorunur. Azərbaycanda heç bir milli və dini azlığa təzyiq yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, 1993-cü ildən bugünədək paytaxt Bakıdan başlamış ucqar bölgələrədək çoxlu sayda məscidlər tikilib istifadəyə verilib:

“Onlar bu gün də fəaliyyət göstərirlər. Həmin məscidlərdə din xadimləri sərbəst fəaliyyət göstərirlər. Onların təhsilinin artırılması istiqamətində işlər görülür. Azərbaycanda bu gün bir sıra universitetlərdə ilahiyyat fakültələrinin mövcudluğunu, İlahiyyat İnstitutunun yaradılmasını və sair tədbirləri nəzərdən keçirdikdə görürsən ki, söylənən fikirlər hamısı şər-böhtandan, qərəzdən başqa bir şey deyil. Bugünədək dini inancına görə hansı din xadimi təqibə məruz qalıb? Azərbaycanın ən mötəbər rəsmi dövlət tədbirlərində müxtəlif dinləri təmsil edən din xadimlərinin yüksək səviyyədə iştirakı, kilsələrin, sinaqoqların fəaliyyət göstərməsi xalqın gözləri önündədir”.

Millət vəkili qeyd edib ki, kimsə dini pərdə altında pərdələnərək öz qanunaziddi hərəkətlərini həyata keçirmək istəyirsə, o dini də hörmətdən-nüfuzdan salır, eyni zamanda qanunları da pozur:
“Həmçinin, cəmiyyətdə qarışıqlıq yaratmaq, təxribatlar törətmək istəyirlər. Bu halda istər din xadimi olsun, istərsə də qeyrisi olsun, qanunu pozubsa, dəvət edilərək başa salınır. Başa düşmədikdə qanunlar yolu ilə cəzaya çatdırılır”.

E.Məmmədov anti-Azərbaycan təbliğatı zamanı səslənən guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi və sadəcə vaxtı uzatdığı kimi iddialara da münasibət bildirib:

“Qətiyyən belə deyil. Azərbaycanda görülən bütün işlərin ümumilikdə məqsədi ölkəmizi gücləndirərək yekin, son məqəsdimiz torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü təmin etməkdir və bunu edəcəyik. Bunlar heç bir siyasi, mənəvi, hüquqi əsası olmayan qərəzli iddialardır. Məsələ onların söylədiyi kimi deyil. Məqsədin nə olduğunu az öncə dedim. Bu məqsədə nail olmaq üçün Azərbaycan hər gün müəyyən töhfələr verir. Dövlətimizi, iqtisadiyyatımızı, ordumuzu gücləndirməklə buna nail olacağıq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər