1 Avqust 2018 20:33
2 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hadisələr gərginliyə doğru irəliləməyə başlayıb. Baş nazir Nikol Paşinyanın “Qarabağ klnanı”na qarşı açdığı savaş artıq bu cinayətkar qruplaşmanın havadarlarını hərəkətə keçməyə məcbur etdi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vasif Əfəndi deyib.

Politoloqun sözlərinə görə, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın ən yaxın qohumlarının həbsi Rusiyanı dilə gəlməyə vadar edib:

“Rusiyanın Xarici işlər naziri Serqey Lavrov Köçəryanın həbsi ilə bağlı narahatlılıqlarından danışdı. Hadisələrin gedişi zamanı Rusiya Ermənistana bəyanatsız , lakin hərbi və iqtiasadi basqılarla təzyiq edirdisə , bu dəfə siyasi bəyanat verərək Paşinyanı geri addım atmağa çağırdı.

Hazırda Kollektiv Təhlükəsizlik İttifaqı Təşkilatına sədrliyi Ermənistan nümayəndəsi Manvel Xaçaturyan həyata keçirir. O isə 2008-ci il mart hadisələrində dövlət çevirilişndə ittiham olunaraq həbs edilib. Bu həbs əslində Rusiyanın təsir dairəsində olan bir qurumun rəsmi olaraq çökməsi ilə sonunclana bilər. Əslində bu qurum Rusiyanın siyasi nüfuzu üçün çox vacibdir. Kollektiv Təhlükəsizlik İttifaqı Təşkilatının bir müddət daha mövcud olması üçün Rusiyanın Ermənistana ehtiyacı var. Rusiyalı ekspertlər Manvel Xaçaturyanın həbsini Rusiyanın üzünə tüpürmək kimi qiymətləndirirlər”.

Vasif Əfəndi hesab edir ki, Rusiya baş verənlərə adekvat olaraq, Ermənistanla münasibətlərə yenidən baxa bilər:

“Bəzi Rusiyalı ekspertlər hesab edirlər ki, Qərb tərəfindən şirnikləndirilən Ermənistan onsuz da yaxın gələcəkdə Avropa İttifaqına qoşulmağa çalışacaq. O zaman perespektivsiz bir müttəfiqliyi davam etməyə də lüzum görmürlər.

Ermənistanın Avropa Birliyinə qoşulmaq istəyi heç də göründüyü kimi sadə deyil. Avropa Birliyi isə ərazilərində münaqişə olan dövlətləri öz sırasına qatmağa meyilli deyil. Bu səbəbdən də ilk növbədə Etmənistandan Qarabağ münqaişəsini birdəfəlik həll etməyi tələb edə bilərlər. Bütün beynələxalq normativlərə əsasən isə problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Belə olan halda niyə Rusiya qabaqlayıcı faktor kimi bu məsələni kökündən həll etməsin”.

Politoloq qeyd edib ki, indiki halda Rusiyanın əlinə Qafqazda ən etibarlı tərfdaş qazanmaq şansı düşüb: “Azərbaycanla həqiqi müttəfiqlik Rusiya üçün bir şansdır. Putin bu şansı düzgün dəyərləndirərsə, regionda böyük iqtisadi sıçrayış baş verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər