14 Avqust 2018 16:18
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Trampın sanksiyaları Türkiyəni ABŞ-dan uzaqlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, ABŞ-ın sanksiyaları müttəfiqlik prinsiplərinə zidd olmaqla, NATO – Türkiyə münasibətlərinə də mənfi təsir göstərir:

“Artıq Vaşinqtonla Ankara arasında səmimi dialoq mümkün deyil. Tramp adminstrasiyası Ərdoğan Türkiyəsini İran və Rusiyanın olduğu “qara siyahı”ya salıb. Hesab edirəm ki, Ağ Ev Türkiyə iqtisadiyyatını hədəfə almaqla ilk növbədə cəmiyyəti Ərdoğana qarşı qaldırmaq istəyir.

Türkiyənin Yaxın Şərqdə apardığı müstəqil siyasət və bölgədə terrorizmə qarşı apardığı əməliyyatlar ABŞ-da narahatlıqla qarşılanır. Əlbəttə, xarici siyasətdə Ərdoğanın da səhvləri var. Amma ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları müttəfiq əlaqələrinə zərbə vurur, NATO-ya inamsızlıq yaradır, ittifaqı zərbə qarşısında qoyur”.

M.Əsədullazadə qeyd edib ki, artıq ABŞ – Türkiyə gərginliyi fonunda NATO öz ciddi imicini itirib: “Tramp beynəlxalq miqyasda NATO-nun imicini zədələdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər