Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi kimi iştirak edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyalı mənbələr buna KTMT-də tərəfdaş və müşahidəçi statusu ilə bağlı nizamnaməyə ediləcək dəyişikliyin imkan yaratdığını bildirirlər.
Qurumun rəsmi saytında bununla bağlı yerləşdirilmiş məlumatda bildirilir:
“Müşahidəçi və tərəfdaş statusunun hüquqi qeydiyyatı haqqında sənədlər paketi təşkilatın daimi şurasına baxılması üçün təqdim olunub. KTMT üzvü olan ölkələrin nazirlik və idarələrinin nümayəndələri sənədlər paketinin qəbul edilməsi üçün məsləhətləşmələrdə iştirak ediblər. Yekun qərar açıqlanacaq”.
Qeyd edək ki, KTMT-yə Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Ermənistan və Tacikistan daxildir.
Xatırladaq ki, Azərbaycan Milli Məclisinin deputatı Əli Hüseynli bir müddət əvvəl Azərbaycanın KTMT-yə qatıla biləcəyini demişdi. O, yeni geosiyasi şərtlərin buna imkan verdiyini bildirmişdi.
Əli Hüseynlinin fikirləri KTMT-yə üzv dölkələrin Kütləvi İnformasiya Vasitələrində müzakirəyə səbəb olub.