23 Avqust 2018 12:48
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 illik fasilədən sonra sentyabrın 3-də Qırğızıstan Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammiti keçiriləcək.

Bu toplantıdan gözləntiləriniz nədir?

Bu sualı millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevə ünvanlayıb.

Qüdrət Həsənquliyev sammitin keçirildiyi vaxta diqqət çəkərək qeyd edib ki, Türk dövlətlərinin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair bəyənatla çıxış etməsinə çalışmalıyıq:

"İlk növbədə Özbəkistan prezidentinin tədbirə qatılması çox təqdirəlayiq haldır. Bundan başqa sammit Azərbaycan üçün çox həssas bir vaxtda keçirilir. Azərbaycan torpaqlarının işğalından keçən son 25 ildə ilk dəfədir ki, torpaqlarımızı işğaldan azad edə bilməmiz üçün əlverişli beynəlxalq şərait yaranıb. Ermənistan ciddi siyasi böhran yaşayır.

Azərbaycan çalışmalıdır ki, Türk dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə yox, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair bəyanatla çıxış etsinlər.

Bundan başqa biz təşəbbüslə çıxış edə bilərik ki, şura Türk Dölətlərinin Əməkdaşlıq Şurası adlansın. İndi belə başa düşülür ki, bizim yalnız dilimiz eynidir və birləşdirici faktor məhz budur. Halbuki, türk xalqları bir-birindən ayrı düşdüyü üçün dilləri xeyli dəyişib və bəzi xalqlar bir birini başa düşmür. Eyni zamanda mədəni əlaqələrin və iqtisadi əməkdaşlığın inkişafına ciddi təkan verə biləcək qərarlar qəbul olunmalıdır. Qardaş Türkiyə Respublikasına dəstək ifadə olunmalı, tövsiyyə olunmalıdır ki, Rusiya ilə münaqişənin çözülməsi zamanı göstərdiyi müdrikliyi ABŞ-a münasibətdə də nümayiş etdirsin və müttəfiqləri ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırsın." /Moderator.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər