23 Avqust 2018 18:39
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssiradjou Gomina İbrahimin etimadnaməsini qəbul edib.

Səfir Nqo Duk Manh fəxri qarovul dəstəsinin qarşısından keçib.

Nqo Duk Manh etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Əlaqələrimizin zəngin ənənələrə malik olduğunu bildirən Prezident İlham Əliyev hələ sovetlər dövründə Vyetnamdan xeyli sayda tələbənin Azərbaycanda təhsil aldığını və özünün Vyetnama uğurlu səfəri zamanı həmin insanlarla görüşməsini məmnunluqla xatırladıb. Dövləti başçısı siyasi sahədə, beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyərək iqtisadi, ticarət sahələrində də əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Səfir Nqo Duk Manh Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqın salamlarını dövlət başçısına çatdırıb. O, vaxtilə Azərbaycanda təhsil aldığını məmnunluqla qeyd edərək Prezident İlham Əliyevin Vyetnama səfəri zamanı Azərbaycanın vyetnamlı məzunları ilə birlikdə dövlət başçısı ilə keçirdikləri görüşün onlarda dərin təəssürat hissi doğurduğunu deyib. Səfir Azərbaycanda özünü evindəki kimi hiss etdiyini deyərək Vyetnam Sosialist Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmasından şərəf hissi duyduğunu bildirib və qeyd edib ki, əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Vyetnam Prezidentinə çatdırmağı xahiş edib.

*** 17:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nqo Duk Manhın etimadnaməsini qəbul edib.

Səfir İssiradjou Gomina İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçib.

İssiradjou Gomina İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Benin arasında münasibətlərin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruriliyini qeyd edərək səfir İssiradjou Gomina İbrahimin Azərbaycanda bununla bağlı səmərəli görüşlər keçirəcəyinə əminliyini ifadə edib və bildirib ki, bu baxımdan xalqlarımızın bir-birinə daha da yaxınlaşması, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi önəmlidir.

Səfir İssiradjou Gomina İbrahim Azərbaycana gəlişindən böyük məmnunluq hissi keçirdiyini qeyd edərək bundan əvvəlki diplomatik fəaliyyəti dövründə Azərbaycan haqqında məlumatlarla yaxından tanış olduğunu vurğulayıb. Səfir Qoşulmama Hərəkatının nazirlər konfransının ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək orada iştirak etdiyini bildirib. İssiradjou Gomina İbrahim ölkələrimiz arasında təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib.

Səfir Azərbaycan Prezidentinə fəaliyyətində yeni-yeni uğurlar və dost Azərbaycan xalqına firavanlıq arzulayıb.

*** 16:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottirin etimadnaməsini qəbul edib.

Səfir Berqlind Asqeyrsdottir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xanım Berqlind Asqeyrsdottir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Berqlind Asqeyrsdottirin ölkəmizdə mütəmadi olaraq müvafiq qurumların rəhbərləri ilə görüşəcəyinə və iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev siyasi sahədə əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq qurumlarda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Eyni zamanda dövlət başçısı ticarət və turizm sahələrində də əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayaraq İslandiyanın və Azərbaycanın gözəl turizm məkanlarının olmasının bunun üçün yaxşı imkan yaratdığını deyib.

Səfir Berqlind Asqeyrsdottir paytaxtımıza gəlişindən məmnunluğunu bildirərək qeyd edib ki, Bakı çox füsunkar və cazibədar bir şəhərdir. Səfir paytaxtımızın arxitekturasının onda çox dərin təəssürat yaratdığını deyib. Diplomat futbol üzrə İslandiya milli komandasının qapıçısı Hannes Tur Halldorssonun Azərbaycanın “Qarabağ” klubuna keçdiyini vurğulayaraq bu qapıçının dünya çempionatında məşhurlaşdığını qeyd edib və bildirib ki, onun “Qarabağ” komandasına keçməsi islandiyalılar arasında Azərbaycana böyük maraq doğurub.

Səfir Berqlind Asqeyrsdottir ölkələrimiz arasında əlaqələrin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edərək müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər