Almaniya Kansleri Angela Merkelin bölgəmizə gəlişinin strateji hədəflərindən biri Böyük Britaniyanı və Fransanı burada tək buraxmamaqdır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
Politoloq bildirib ki, XIX əsrin sonundan bu yana Fransanın xarici siyasətində strateji hədəflərdən biri dünyanın heç bir bölgəsində Britaniyanı tək qoymamaqdır:
“Bu, “Britaniya haraya gedirsə, Fransa da oraya getməlidir”, yanaşmasıdır. Bizim bölgədə də elədir. Britaniya burada boru nəqliyyatına nəzarət edir, Fransa da dəmir yol infrastrukturuna girişir. Almaniyanın nə edəcəyi, hansı sahəni seçəcəyi çox maraqlıdır.
Hesab edirəm ki, Almaniya mühəndislik və standartlar sahəsinə girərsə, bölgəmiz üçün strateji olaraq hamıdan çox iş görmüş olar”.