"Mən buraya işgüzar nümayəndə heyəti ilə birgə gəlmişəm. Şirkətlər tərəfindən
müxtəlif təkliflər var. Qeyd edə bilərəm ki, tikinti və infrastruktur sahələrində, eləcə də tikinti materialları sahəsində layihələr var. Biz aqrar sahədə, kənd təsərrüfatı maşınlarının texnologiyası, eləcə də rəqəmsallaşdırma, təhsil sahələrində fəaliyyət göstərə bilərik".
“Report” xəbər verir ki, bunu avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, "bundan başqa, təhlükəsizliklə bağlı sənədlərin - pasportların, şəxsiyyət vəsiqələrinin və banknotların hazırlanması sahəsində də alman şirkəti iştirak edir. Burada çox böyük, geniş seçim var. Biz Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilərik. Qeyd etdiyim kimi, Azərbaycanda artıq 150 müəssisəmiz fəaliyyət göstərir. Biz digər alman şirkətlərini dəvət edirik ki, onlar da burada iştirak etsinlər".